Mingəçevirdə minik avtomobili betonqarışdıranla toqquşdu, ölən və yaralananlar var

 23:51 15.06.2025     61

Mingəçevir şəhərində betonqarışdıran və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Redaktor.az “Report"a istinadən xəbər verir ki, şəhərdə avtomobilin betonqarışdıran maşınla toqquşması nəticəsində bir nəfər ölüb, daha 2 nəfər isə yaralanaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Zərərçəkmişlərin kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.