Ağdamda mürəbbəyə görə dördotaqlı ev yandı - FOTO

 15:53 16.06.2025     191

Ağdamda 4 otaqlı ev yanır.

Redaktor.az xəbər verir ki, yanğın hadisəsi rayonun Mirəşelli kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Səmədov Aydın Muxtar oğluna məxsus 4 otaqlı evdə meydana gələn yanğına səbəb mürəbbədir.

Belə ki, evdə bişməsi üçün qaz peçinin üstünə qoyulan mürəbbə daşıb. Bundan sonra yanğın baş verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub.

***

Əldə etdiyimiz məlumata görə, yanğın söndürülüb. Yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alınıb (Qafqazinfo).