Bərdədə yol qəzasında xəsarət alanların durumu açıqlandı - YENİLƏNİB

Bərdədə yol qəzasında xəsarət alan 4 nəfərin (kişi) durumu açıqlanıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilən şəxslərdən 3-nün vəziyyəti sabit, 1-nin vəziyyəti isə ağır qiymətləndirilir.
Qeyd edək ki, Bərdə-Tərtər yolunda "KİA" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq kənardakı ağacları və elektrik xəttini qırıb.
***
Bərdə-Tərtər yolunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, "KİA" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq kənardakı ağacları və elektrik xəttini qırıb. "Mercedes"də olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.