Yenidən inşa edilən tikili ikinci dəfə söküldü - VİDEO

Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində yenidən inşa edilən qanunsuz tikili sökülüb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində ötən ay söküntüsü aparılmış qanunsuz tikintinin fiziki şəxs Əliyev Seymur Həsən oğlu tərəfindən yenidən davam etdirilməsi faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.