Şabranda FACİƏ: yük maşını ustanı əzib ÖLDÜRDÜ

 10:10 17.06.2025     86

Şabranda bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Sincanboyad kəndinin ərazisində yerləşən avtomobillərin təmiri sexində qeydə alınıb.

Orada usta işləyən Şabran şəhər sakini, 1971-ci il təvəllüdlü Ədalət Şövlət oğlu Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında qalıb və əzilərək ölüb. 

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.