Şəmkirdə 5-ci mərtəbədən yıxılan gəncin vəziyyəti məlum oldu - YENİLƏNİB

 21:22 17.06.2025     166

Şəmkirdə 2008-ci il təvəllüdlü (kişi cinsi) şəxs qapalı kələ-beyin travması, üst dodağın çapılmış yarası diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, şəxsə zəruri tibbi yardım göstərilib.

Daha ixtisaslı tibbi xidmət almaq üçün müvafiq tibb müəssisəssinə göndərişlə təmin olunub.

***

Şəmkirdə gənc oğlan 5-ci mərtəbədən yıxılaraq xəsarət alıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Belə ki qəsəbə sakini, 2008-ci il təvəllüdlü V.Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılılıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.