Gəncədə hamamda qaz partladı, yeniyetmə qız yanıq xəsarəti aldı

Gəncədə yeniyetmə qız yanıq xəsarəti alıb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 2010-cu il təvəllüdlü G. Verdiyeva üz, əl və saçının yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə G. Verdiyeva yaşadığı evin vanna otağında qazla çalışan qızdırıcını yandıran zaman ehtiyatsızlıqdan partlayış olub.
Nəticədə yeniyetmə qız yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.