Türkiyədə avtobus tırla toqquşdu - 3 nəfər yaralandı

 22:31 18.06.2025     167

Türkiyənin Ərzincan şəhərinin Halit Paşa prospektində sərnişin avtobusu ilə tikinti materialları daşıyan tırın toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralanan sərnişinlər - M.E. (23 yaş), A.K. (47 yaş) və K.Ç. (22 yaş) Ərzincan Binəli Yıldırım Universitetinin Məngücek Qazi Tədris və Araşdırma Xəstəxanasına çatdırılıb. Onların səhhətinin yaxşı olduğu bildirilib.

Kənan YUSİF 

2