Samuxda əkin sahəsində kişi meyiti TAPILDI

 22:41 18.06.2025     187

Samux rayonunda əkin sahəsində meyit aşkarlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

1970-ci il təvəllüdlü rayon sakini Z. Məmmədovun meyiti əkin sahəsində tapılıb. İlkin ehtimala görə, 55 yaşlı kişinin ölümünə səbəb ürək tutması olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən