Türkiyədə meşəlik əraziyə yanğın SIÇRADI

 22:51 18.06.2025     100

Türkiyənin Bursa şəhərinin Orxanəli rayonunda, Yörükler və Girencik kəndləri arasında quru otlaq sahədə başlayan yanğın yaxınlıqdakı meşəlik əraziyə yayılıb.

Redaktor.az xəbər verir ki, həyəcan siqnalı alan Orman Bölgə İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Yanğını nəzarət altına almaq üçün havadan və qurudan müdaxilələr davam etdirilir.

Küləyin təsiri ilə sürətlə yayılan alovlara qarşı 3 helikopter, 44 texnika və 132 personal səfərbər olunub. Qrupların hadisəni nəzarət altına almaq üçün səyləri davam edir.

Kənan YUSİF