Gəncədə azyaşlının üzərinə daş hasar AŞDI

 19:59 19.06.2025     207

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzərinə daş hasar aşıb.

Azyaşlı ayaq nahiyəsi və baldırın sınığı diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımı tibbi yardım göstərilib. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən