Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan Mingəçevir şəhər sakini 2010-cu il təvəllüdlü Hüseyn Rəsulovdur.
Qeyd edək ki, əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.