Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

 23:55 19.06.2025     200

Yevlaxda suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində batan Mingəçevir şəhər sakini 2010-cu il təvəllüdlü Hüseyn Rəsulovdur.

Qeyd edək ki, əraziyə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.