Keçidin yaxınlığında özünü maşının üstünə atan piyada öldü - VİDEO

 11:52 20.06.2025     191

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, piyada ölüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arena"nın qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib:

"Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, iki piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib".