Prospektdəki qəzada ölən şəxsin kimliyi bilindi - VİDEO

 09:51 21.06.2025     212

Dünən Heydər Əliyev prospektində baş vermiş ağır qəzada ölən piyadanın kimliyi müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Turan Abdullayevin idarə etdiyi “Changan” markalı avtomobilin qarşısına qəfil çıxan və zərbəyə tuş gələn şəxsin 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanov olduğu müəyyən edilib.

Hadisə yerinin yaxınlığındakı “Yeni Klinika”nın Reanimasiya şöbəsinə çatdırılan şəxs az sonra vəfat eib.

Fakt üzrə Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.