Bu istiqamətdə qatarlarının hərəkəti tam məhdudlaşdırıldı - SƏBƏB

 13:18 21.06.2025     148

Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.

ADY-dən Redaktor.az-a verilən məlumata görə, ötən gün axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkətini davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb.

Hadisə nəticəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.

Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür.

2222