“İstikbal” mebeldə yanğın - FOTO

 15:14 21.06.2025     236

Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “İstikbal” mebel mağazasında yanğın başlayıb. 

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, yanğın səbəbilə mağazanın və yaxınlıqdakı ofislərin əməkdaşları təxliyə edilib. 

Yanğının mağazanın deposunda baş verdiyi, xeyli bahalı mebellərin yandığı bildirilir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.







Vumart və Güvən reklamı Vumart Güvən