Qubada yol qəzasında ölən bacıların kimliyi məlum oldu - YENİLƏNİB

 23:32 22.06.2025     198

Qubada baş verən yol qəzasında ölən və yaralıların kimliyi məlum olub.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonu Qaraçay kəndi ərazisindən keçən hissəsində "Hyundai" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Baxışova Ədalət Tofiq qızı və onun bacısı 1974-cü il təvəllüdlü Dənyarova Validə Tofiq qızı hadisə yerində ölüblər.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1995-ci il təvəllüdlü Taleh Sərkərov və 1970-ci il təvəllüdlü Rahim Baxışov ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report”a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.

Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.