Goranboyda hərəkətdə olan “BMW” alışıb yandı - VİDEO

Goranboy rayonu, Qazanbulaq qəsəbəsində avtomobil yanaraq yararsız hala düşüb.
Redaktor.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 77-LC-074 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil hərəkətdə olaraq qəfil alışmağa başlayıb. Şahidlərin iddiasına əsasən, yanğına səbəb maşına quraşdırılan əlavə işıq cihazından qaynaqlanıb. Nəticədə avtomobilin ön hissəsində başlayan yanğın qısa müddətdə salonuna da yayılıb. Xoşbəxtıikdən hadisə zamanı avtomobildə insan olmayıb.
Qeyd edək ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvələri cəlb edilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub (avtosfer.az).