Keçmiş bələdiyyə sədrinə hökm OXUNDU

Yeni Suraxanı bələdiyyəsinin sabiq sədri Fikrət Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Eks-bələdiyyə sədrinə külli miqdarda rüşvət alma, vəzifə saxtakarlığı və nüfuz alveri maddələri ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Fikrət Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Quliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi.