Həmcinsini çılpaq fotoları ilə şantaj etməkdə təqsirləndirilən qadına hökm OXUNDU

Hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirləndirilən Sona Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.
O bildirib ki, zərərçəkmiş şəxs ona böhtan atıb.
Daha sonra hakimlər hökmü elan edib. Hökmə əsasən, Sona Əhmədovanın barəsində 5 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin olunub.
Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, S.Əhmədova iş yoldaşı Tavat Bayramova vasitəsilə Xavər Babayevaya 3 min manat faizə pul verib. Ancaq ayın tamamında Xavər Babayeva həmin pulu qaytara bilməyəndə onu yarıçılpaq şəkilləri ilə şantaj edib.
Bundan sonra Xavər Babayeva 2021-ci ildən 2022-ci ilin əvvəlinə kimi ayrı-ayrı vaxtlarda Tavat Bayramovaya məxsus bank kartına məcburi surətdə 35 min manat pul göndərib.
Sona Əhmədovanın barəsində Cinayət Məcəlləsinin 182.2.4 (hədə qorxu ilə tələb etmə külli miqdarda olduqda) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb (Report).