Velosipedlə vurulan kişi 2 həftə sonra ÖLDÜ

 16:25 25.06.2025     84

İsmayıllıda iki həftə əvvəl xəsarət almış şəxs vəfat edib.

Redaktor.az xəbər verir ki, iyunun 11-də İsmayıllı şəhəri ərazisində Soltan Şəmsəddinov velosipedlə 2-ci Yeniyol kənd sakini 1966-cı il təvəllüdlü Sahib Eyyubovu vurub.

Yerə yıxılan S.Eyyubov həmin vaxt başından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş şəxs iyunun 24-ü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.