Oğurluq üçün gecəyədək anbarda gözləyib... - VİDEO

İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisindəki mağazalardan birində oğurluq hadisəsi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, naməlum şəxs maska ilə kamuflyaj olunaraq gündüz vaxtı mağazanın anbarına daxil olub.
O, gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra həmin şəxs anbardakı kassadan 34600 manat pul oğurlayıb.
Oğurluq hadisəsi mağazanın anbarındakı kameralar vasitəsilə lentə alınıb.
Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.