Bərdədə iki qadın qidadan zəhərlənib

 12:00 26.06.2025     132

Bərdədə qida zəhərlənməsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndinə qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, iyunun 25-də saat 21:50 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2 nəfər (qadın cinsli) hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb (Apa). 

Vumart və Güvən reklamı Vumart Güvən