Partlayışa görə 5 təcili tibbi yardım briqadası cəlb EDİLDİ

26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğuna cavab olaraq TƏBİB-dən bildirilib
Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.
Ətraflı məlumat veriləcək.