Partlayışda xəsarət alan yoxdur - DİN-dən AÇIQLAMA

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
Redaktor.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidməti idarəsinin rəisi Elşad Hacıyev bildirib.
"Hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür", - deyə o, qeyd edib.