Siyəzəndə 2 nəfər narkotiklə bağlı saxlanıldı

 15:14 27.06.2025     162

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a bildirilib ki, onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

 

22
Vumart və Güvən reklamı Vumart Güvən