Qusarda əcnəbiləri daşıyan mikroavtobus aşdı

 17:11 27.06.2025     187

Qusarda 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində baş verib.

Beləki, turistləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən