Qusarda avtomobil qəzasında xəsarət alanların durumu AÇIQLANDI

 20:43 27.06.2025     125

Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Redaktor.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, 1994-cü (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərin müalicəsi isə təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri sabit qiymətləndirilir.