Şabranda iki yük və minik avtomobilləri toqquşub, sürücü öldü - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, iki yük və bir minik avtomobilinin toqquşması nəticəsində “Niva” markalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində ölüb.
Yaralananların da olduğu bildirilir.
Hazırda fakt araşdırılır.
