Yevlaxda ər-arvad qəzaya düşdü, ölən var

Yevlax rayonunda ağır yol qəzası baş verib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.
Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.