Samuxda qadının yanmış meyiti AŞKARLANDI

 19:42 29.06.2025     118

Samuxda ahıl qadının yanmış meyiti aşkarlanıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Burunqovaq kəndində qeydə alınıb.

Kənd sakini, 1939-cu il təvəllüdlü Y.Bəkirovanın yanmış və üzərində zorakılıq əlamətləri olan meyiti evində tapılıb.

Faktla bağlı araşdırma aparılır.