Şamaxıda kişi qətlə yetirildi - kürəkəni TUTULDU

Şamaxıda qətl törədilib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə iyunun 29-da saat 23 radələrində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Şamaxı şəhəri sakini Elşən Seyfi oğlu Quliyev aldığı xəsarətlərdən xəstəxanada ölüb.
İlkin araşdırmalarla 1994-cü il təvəllüdlü Teymur Vüqar oğlu Əliyevin şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Teymur Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.