Metronun qarşısında qəza - 24 yaşlı oğlan ÖLDÜ

 12:35 30.06.2025     186

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb.

Belə ki, “Toyota Prius” markalı avtomobil 24 yaşlı Ceyhun Səxavət oğlu Abbasovu vurub. Gənc oğlan hadisə yerində ölüb.

Faktla bağlı  Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır (Qafqazinfo).