“Sputnik-Azərbaycan”da əməliyyat KEÇİRİLİR

 12:53 30.06.2025     165

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.

Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.

Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.