Bakıda kafedə dava: Sahibkar müştərini DÖYDÜ

 16:01 30.06.2025     193

Bakıda kafe sahibi müştərini döyüb.

Redaktor.az-ın oxu.az-a istinadla məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisindəki "İnam" kafesində baş verib.

Belə ki, kafeyə gələn üç nəfər orada qida qəbul etdiksən sonra hesabı ödəyərkən kafenin xidmətçisi onlara təşəkkür edib və qulluqdan razı qalıb-qalmadığını soruşub. Bu vaxt müştərilərdən biri ofisianta kobud cavab verib. Ofisiantla Rəşad adlı müştəri arasında mübahisə yaranıb. Mübahisəni görən kafe sahibi prosesə müdaxilə edərək müştərini kəllə ilə vurub. Baş zərbəsindən müştərinin yerə yıxıldığını görən kafe sahibi onu təpiklə döyməyə başlayıb.

Digər müştərilərin müdaxiləsindən sonra dava sakitləşib və hadisə yerinə polis əməkdaşları gəliblər.

Faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə kafe sahibi Arif Ağayevə (soyad şərtidir) bir il altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.