Saatlıda yeniyetmə əmisinə xəsarət YETİRDİ

 19:14 30.06.2025     117

Saatlı sakini əmisinə xəsarət yetirib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Mustafabəyli kəndində qeydə alınıb. Kənd sakini 16 yaşlı A.S. əmisinə - 1963-cü il təvəllüdlü Səttar Ağayevə şüşə ilə xəsarət yetirib. S. Ağayev Şirvan xəstəxanasına yerləşdirilib.

Hadisənin su üstündə yaranan mübahisəyə görə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.