Sabunçuda ev yandı

 09:32 01.07.2025     177

Sabunçuda 3 otaqlı ev yanıb.

Redaktor.az bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.