Goranboyda ekskavatorla avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO

 12:39 01.07.2025     282

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Goranboy-Ağcakənd avtomobil yolunda qeydə alınıb.

"Hyundai" markalı ekskavatorla "Mercedes" markalı minik maşını toqquşub. Qəzada avtomobildə olan 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda ekskavatorla avtomobil toqquşub, xəsarət alanlar var - FOTO Goranboyda ekskavatorla avtomobil toqquşub, xəsarət alanlar var - FOTO