Mingəçevirdə kişini elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ

 19:16 01.07.2025     153

Mingəçevirdə 34 yaşlı kişini ehtiyatsızlıqdan elektrik cərəyanı vuraraq öldürüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Samir Nəbiyev iş görən zaman ehtiyatsızlıqdan elektrik naqilinə toxunub.

Bu zaman elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.