Xaçmazda anasını qətlə yetirən yeniyetmə saxlanıldı - YENİLƏNİB

 20:02 01.07.2025     207

Xaçmaz rayonunun Qadaşoba kəndində baş verən dəhşətli qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, 43 yaşlı Kifayət Nadir qızı Lətifovanın kəsici alətlə qətlə yetirilməsi ilə bağlı araşdırmalar zamanı onun oğlu, 15 yaşlı E. Lətifov cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Yeniyetmə istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.