Yekaterinburqdakı Azərbaycan diasporunun lideri saxlanıldı - YENİLƏNİB

 22:00 01.07.2025     260

Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.

Redaktor.az xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.

Mutvali Şıxlinski atasının Rusiya İstintaq İdarəsinin Sverdlovsk vilayəti üzrə idarəsinə aparıldığını deyib.

Onun sözlərinə görə, atası Səfərovların ölümü ilə bağlı cinayət işi üzrə şahid qismində istintaqa cəlb olunub.

***

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

Redaktor.az xəbər verir ki, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", - o, deyib.

Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.