Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - YENİLƏNİB

 23:38 01.07.2025     353

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə 8 nəfərdən sonuncusu barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə yeddi nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, bir nəfərin məhkəməsi davam edəcək.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə dörd nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 4 nəfərin məhkəməsi davam edəcək.

***

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.

İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.

***

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsində fasilə elan edilib.

Redaktor.az xəbər verir ki, proses Ülviyə Şükürovanın hakimliyi ilə keçirilir.

Qeyd edək ki, 8 nəfər Rusiya vətəndaşından ibarət cinayətkar dəstə İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinirlər.

***

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.

Redaktor.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.

***

Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşları məhkəməyə gətirilib.

Redaktor.az xəbər verir ki, bir müddət sonra Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılacaq.