Lənkəranda kişi bıçaqlandı

Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Şürük kəndində baş verib.
Kkənd sakini, 1960-cı il təvəllüdlü Elxan Şahi oğlu Kazımov kəsici alət xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyunun ön və belin arxa səthində kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
İlkin məlumata görə, E.Kazımov şəxsi münasibətlər zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.