Sumqayıtda motosiklet sürücüsü iki piyadanı VURDU

 22:18 03.07.2025     108

Sumqayıt şəhərində piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb. Belə ki, motosiklet hərəkətdə olarkən yolu keçmək istəyən 2 kişini vurub.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hadisə nəticvəsində 1960-cı il təvəllüdlü şəxs kəllə-beyin travması alıb, 2006-cı il təvəllüdlü şəxsə isə bud sümüyünün sınığı diaqnozu təyin olunub: "Reanimasiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta ağır qiymətləndirilir”.

Faktla bağlı araşdırma aparılır.