Cəlilabadda yol qəzasında xəsarət alanların adları məlum oldu - YENİLƏNİB

 21:51 04.07.2025     197

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, xəsarət alanlar Bakı şəhəri sakinləri, 1986-ci il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynovadır.

Onların müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat qəzasında 3 nəfər xəsarət alıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Ələt–Astara yolunun Cəlilabad rayonuna giriş hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb və rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.