Gənc oğlan Kürdə BATDI

 10:15 05.07.2025     90

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Çayda batan şəxsin 19 yaşlı oğlan olduğu bildirilir.