Oğuzda qadın sürücü qəza törətdi - xəsarət alanlar var

 16:49 05.07.2025     115

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Mehman qızı Kosayevanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə 1989-cu il təvəllüdlü Tərlan Qnyaz oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.