İrəvanda polis avtomobili oğurlandı

 19:28 05.07.2025     91

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Qeyd olunub ki, naməlum şəxs İrəvanın mərkəzində Şimal prospektindən Samand polis avtomobilini qaçıraraq Şenqavit inzibati dairəsində qəza törədib. O, bundan sonra avtomaşını tərk edərək qaçıb.

Faktla bağlı cinayət işi açılıb.