Daşkəsəndə bıçaqlanan şəxs öldü - YENİLƏNİB

 01:41 06.07.2025     614

Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc oğlan xəstəxanada əməliyyat zamanı dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslərin saxlanması istiqamətində tədbirlər görülür.

***

22:45

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Gəncə sakini, 2004-cü il təvəllüdlü İ. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Onun hansı şəraitə bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.